İş adamı Samvel Karapetyan "Güclü Ermənistan" partiyasından Baş nazir postuna namizəd seçilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.
Məlumata görə, namizədin adı bu gün partiyanın rəsmi təqdimatında elan edilib.
Qeyd edək ki, fevralın 11-də "Güclü Ermənistan" partiyasının qurultayında Samvel Karapetyan eyni zamanda siyasi partiyanın sədri seçilib.
"Cebheinfo.az"