AZ

ABŞ-dan Rusiyaya AĞIR ZƏRBƏ: Cənubi Qafqazla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ

ABŞ-ın vitse-prezidenti Vensin Ermənistan və Azərbaycana səfəri iki mühüm məqamı ortaya qoyub: Vaşinqtonun Moskvanın iddia etdiyi təsir dairələrinə laqeydliyi və Kremlin regiondakı mövqelərinin zəifləməsi.

KONKRET.az xəbər verir ki, Amerikanın Center for European Policy Analysis (CEPA) analitik mərkəzinin qiymətləndirməsinə görə, səfər göstərir ki, Tramp administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəsə də, ABŞ Cənubi Qafqazda aktiv iştirakını dayandırmır. Bu region isə Kremlin ənənəvi olaraq “yaxın xarici dairə” adlandırdığı ərazidir.
Moskvanın səfərə reaksiyası diqqətçəkəndir. Dövlət nəşri “Kommersant” vəziyyəti “məyusluq, frustasiya və acizlik hissi” ilə xarakterizə edib və Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsini Ukraynaya qarşı aparılan müharibə ilə birbaşa əlaqələndirib.

CEPA-nın vurğulamasına görə, ABŞ-ın ambisiyalarını şişirtmək lazım deyil: amerikalılar regionda hərbi mövcudluq planlamır; onların məqsədləri daha çox iqtisadi xarakter daşıyır, amma Rusiyada yaxşı başa düşürlər ki, iqtisadi sahədə irəliləyiş geosiyasi təsirə də səbəb ola bilər.

ABŞ həmçinin Rusiya təsir dairəsində ənənəvi sahələrdə mövqelərini gücləndirməyə çalışır, o cümlədən sülh məqsədli nüvə əməkdaşlığında. Ermənistan və ABŞ “123” müqaviləsi imzalayıb ki, bu da ya Metsamor AES-in dəyişdirilməsini, ya da əlavə olaraq modul tipli reaktorların inşasını nəzərdə tutur – ABŞ-ın dünya lideri olduğu texnologiya sahəsidir.

Ermənistan hökumətinin bu qərarı Rusiya dövlət şirkəti “Rosatom” üçün zərbədir, çünki nüvə sənayesi Rusiyanın post-sovet məkanında güc nümayişinin əsas elementlərindən biridir.

CEPA həmçinin qeyd edir ki, Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsi də böyük əhəmiyyət daşıyır. Avqust sammitindən sonra ABŞ vasitəçilik rolunu gücləndirib və faktiki olaraq Rusiya ənənəvi formatdan kənarlaşdırılıb.
Bakı və İrəvanın Moskvanın siyasətinə qarşı artan etirazları ABŞ-ı daha neytral və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul etməyə imkan verir. Bu isə Rusiyanın regionda təhlükəsizlik təminatçısı kimi etibarının azaldığını göstərir.

Moskva hələlik effektiv strategiya nümayiş etdirmir. Əvvəlki illərdə Rusiya postsovet məkanında Qərbin fəallığına cavab olaraq güc tədbirlərindən istifadə edirdi, məsələn, 2008-ci ildə Gürcüstanda olduğu kimi. Lakin indiki vəziyyət bu vasitələri məhdudlaşdırır.

Tramp administrasiyasının ikinci dönəmdə yanaşması əvvəlki demokratikləşdirmə və insan hüquqları vurğusundan fərqlənir. İndi əsasən tranzaksiyaçi məntiq – investisiyalar, energetika, infrastruktur və birbaşa siyasi dialoq ön plana çıxır. Mərkəzi mövzu aydındır: ABŞ Cənubi Qafqazda mövqelərini gücləndirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr