AZ

Makron: Aİ ABŞ və Çin tərəfindən artan təzyiqlərə tez cavab vermək niyyətindədir

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı ABŞ və Çin tərəfindən artan təzyiqlərə operativ şəkildə cavab verməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Belçikada keçirilən Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən bildirib.

“Bizə qarşı təzyiq artır, o cümlədən Çinin qeyri-dürüst rəqabəti və ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları vasitəsilə. Bütün bunlar cavab reaksiyası tələb edir”, — deyə Makron qeyd edib.

Onun sözlərinə görə, “hazırda Aİ üçün əsas prioritet çox sürətli cavab verməkdir”.

Makron vurğulayıb ki, bunun üçün Avropa İttifaqı rəqabət qabiliyyətini artırmalı, enerji məsələlərini həll etməli, mövcud tərəfdaşlıqları genişləndirməli və yenilərini bağlamalıdır.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr