AZ

Britni Spirs musiqi kataloqunu 200 milyon dollara satdı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

2000-ci illərin əvvəllərində "pop musiqisinin şahzadəsi" kimi şöhrət qazanan, lakin illər ərzində yaşadığı psixoloji problemlər səbəbindən karyerasına fasilə verən məşhur müğənni Britni Spirs maraqlı addım atıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı müğənni bütün musiqi kataloqunu musiqi naşiri “Primary Wave”ə 200 milyon dollara satıb.

Dünyada 150 milyondan çox albom satan Spirsin kataloqunda doqquz studiya albomu var.

Xatırladaq ki, atası ilə uzun müddət davam edən qəyyumluq mübarizəsində qalib gələn Spirs, 2024-cü ilin yanvar ayında verdiyi müsahibədə musiqi sənayesinə heç vaxt qayıtmayacağını bildirib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr