AZ

Tuxel İngiltərə yığması ilə müqaviləsini uzatdı

Almaniyalı futbol mütəxəssisi Tomas Tuxel İngiltərə millisinin baş məşqçisi kimi yeni müqaviləyə imza atıb.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Razılaşmaya əsasən, alman mütəxəssis 2028-ci ilin iyun ayına qədər komandaya rəhbərlik edəcək.

Tuxel müqavilənin uzadılmasından məmnunluğunu gizlətməyib. “İngiltərə ilə işimi davam etdirdiyim üçün çox xoşbəxt və qürurluyam. Futbolçular və məşqçilər korpusu ilə keçirdiyim hər dəqiqədən zövq almışam və komandaya dünya çempionatında rəhbərlik etməyi səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, 52 yaşlı Tomas Tuxel 1 yanvar 2025-ci ildən etibarən İngiltərə yığmasına rəhbərlik edir. Alman mütəxəssisin rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurlu çıxışla diqqət çəkib.

İngilislər qrupda birinci pilləyə yüksəlib. Üstəlik, komanda bu mərhələdə keçirdiyi oyunlarda qapısında bir top belə görməyib. Bu nəticə Tuçelin işinin ilk mərhələdə öz bəhrəsini verdiyini göstərir.

İdman.Biz
Seçilən
17
idman.biz

1Mənbələr