AZ

Sol zolaqdakı maşını gözardı edən sürücü qəza şəraiti yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 15:07 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 90-YM-851 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Bu zaman o, həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinı qəza təhlükəsi yaradıb.

Xatırladaq ki, sürücü zolağı dəyişərkən digər hərəkət iştirakçılarına mane olmamalı, manevrin təhlükəsizliyinə əvvəlcədən əmin olmalıdır. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda qəfil edilən belə manevrlər qəzaların baş verməsinə səbəb ola bilər.

Nərmin

Oxunub 8

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
117
avtosfer.az

1Mənbələr