AZ

Türkiyə MN: Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən PUA düşüb

Ankara, 12 fevral, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin Ordu vilayətinin şimal-şərqində Rusiya silahlı qüvvələrinə məxsus olduğu güman edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlandığını bildirib.

AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ünye rayonundakı qəza yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.

Aparılan təhlillər nəticəsində dronun partlayıcı maddə daşımadığı məlum olub.

Aşkar edilən PUA əlavə müayinə üçün Ünye rayonundakı polis idarəsinə aparılıb.

Türkiyə mediasının məlumatına görə, son iki ayda bu ölkədə aşkarlanan dronların sayı beşə çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
14
5
azertag.az

6Mənbələr