AZ

ABŞ prezidentlərinin azərbaycanlı tərcüməçisi vəfat etdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Uzun illər “Amerikanın səsi” radiosunun redaktoru işləmiş, eyni zamanda Ağ Evin Türkiyə və Azərbaycanla apardığı yüksək səviyyəli danışıqlarda ABŞ prezidentlərinin Azərbaycan və Türk dilləri üzrə tərcüməçisi olmuş Olcay Kartari (Olcay Rəşid) vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”a mərhumun qohumu Vüqar Sədi Sadıqov məlumat verib.

“Olcay Kartarı 23 ildir mücadilə etdiyi ağır xəstəlik nəticəsində Vaşinqton vaxtı ilə 15:00-da gözlərini əbədi yumdu. Dəfn mərasimi ABŞ-da olacaq”, – o bildirib.

Olcay Kartari Rəşidin babaları 20-ci əsrin əvvəllərində Borçalı mahalından Qars şəhərinə köçüb. Atası uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olub. O, Hacettepe Universitetini bitirdikdən sonra ABŞ-yə köçüb. Bir müddət “Amerikanın səsi” radiosunda çalışdıqdan sonra Dövlət Departamentində işləməyə başlayıb. Dünyanın bir çox liderləri ilə ünsiyyətdə olan O.Rəşidin “xüsusi gizli təhlükəsizlik” statusu olub.

Önəmli danışıqlara şahidlik etdiyinə görə ondan “Sirr qadın” deyə bəhs edilirdi.

O, Azərbaycan dilində xüsusi tədbirlər və təlimlər təşkil edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
globalinfo.az

2Mənbələr