AZ

Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju Aenin artıq rəsmi varis statusuna yüksəldilməsi prosesinin başladığını bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, "Yonhap" agentliyinin xəbərinə görə, Cənubi Koreya Milli Məclisinin kəşfiyyat komitəsinin iki deputatı Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS-in) Şimali Koreyaya dair son qiymətləndirmələrini jurnalistlərlə bölüşüb.

Məlumata əsasən, tədbirlərdə tez-tez atasının yanında yer alması ilə diqqət çəkən Ju-aenin son dövrlərdə bəzi dövlət siyasətləri haqqında fikirlərini dilə gətirdiyinə dair işarələr aşkar edilib.

NIS-in həmçinin Şimali Koreyanın son dövrdə ABŞ Prezidenti Donald Trampı "qıcıqlandırmamaq" üçün qitələrarası ballistik raket sınaqlarından yayındığı və Rusiyanın Kursk bölgəsində Ukrayna birliklərinə qarşı 11 min civarında Şimali Koreyalı əsgəri yerləşdirdiyi nəticəsinə vardığı bildirilib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju Ae 2022-ci ildə dövlət mediasında ilk dəfə görünməsindən bəri hərbi paradlar və raket sınaqları daxil olmaqla bir çox tədbirdə atasını müşayiət etməsi ilə diqqət çəkir.

NIS 2024-cü ilin yanvarındakı qiymətləndirməsində 2013-cü il təvəllüdlü olduğu düşünülən Kim Ju Aeni Şimali Koreyanın "ən ehtimal olunan xələfi" kimi xarakterizə etmişdi.

Kim Çen Inın da simvolik əhəmiyyətə malik ailə abidəsini 1 yanvarda qızı ilə ziyarət etməsi onun qızını "varisi olaraq gördüyünə" dair müzakirələri yenidən gündəmə gətirmişdi.

Seçilən
30
cebheinfo.az

1Mənbələr