AZ

İllər keçdikcə başa düşdüm ki, bu, sevgi yox, ehtiras idi

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pakistan əsilli britaniyalı müğənni Zeyn Malik keçmiş sevgilisi Cici Hadid haqqında sualları cavablayıb.

Axşam.az xəbər verir ki, ifaçı supermodeli əvvəllər həqiqətən sevib-sevmədiyini bilmədiyini dilə gətirib. 

"Əvvəllər bunun sevgi olduğunu düşünürdüm, amma illər keçdikcə başa düşdüm ki, bəlkə də yanılmışam. Ola bilsin, bu, sadəcə ehtiras idi. Ya da başqa bir şey. Amma bunun həqiqi sevgi olduğuna əmin deyiləm. Lakin fikirlərimə aydınlıq gətirmək istəyirəm. Ata olmaq imkanı verdiyi üçün Cicini hər zaman sevəcəyəm. O, mənim üçün həmişə dəyərli olacaq, amma ona doğrudan da aşiq olub-olmadığımdan əmin deyiləm. Çünki əgər belə olsaydı, münasibətimizdə özümün daha yaxşı versiyam olardım" deyə, o bildirib.

Xatırladaq ki, Zeyn Malik və Cici Hadid 2015-ci ildə münasibətə başlayıblar və sonradan bir neçə dəfə ayrılıb-barışıblar. Son ayrılıq isə 2021-ci ildə, övladları doğulduqdan bir il sonra baş verib. Buna səbəb Zeynin modelin anası ilə qalmaqallı mübahisəsi olub. 2021-ci ilin oktyabrında Yolanda Hadid xəbərdarlıq etmədən cütlüyün evinə gəlib və bu, Malikin narazılığına səbəb olub. Daha sonra Yolanda onun özünü bir neçə dəfə vurduğunu və dolaba kilidlədiyini iddia edib. O, qızının sevgilisi barəsində polisə müraciət edib və Malik məişət zorakılığında təqsirli bilinərək qəzəbli idarəetmə kursları keçməyə məhkum edilib. Həmin vaxt Cici mübahisədə anasının tərəfini tutsa da, zamanla o və Zeyn münasibətlərini normallaşdırıblar. Cici və Zeyn bəzən bayramları ailəvi şəkildə birlikdə qeyd edirlər.

Qeyd edək ki, Cici Hadid aktyor sevgilisi Bredli Kuperlə evlənməyə hazırlaşır.Toyun bu il olacağı deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
axsam.az

1Mənbələr