Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqını Ukraynada sülh yaradılmasına mane olmaqda ittiham edib.
Herbiand.az xəbər verir ki, keçirdiyi ənənəvi brifinqdə Zaxarova bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynanın münaqişənin həlli üçün güzəştə getməsinə imkan vermir.
O Ukraynaya silah tədarükünün münaqişənin uzanmasına səbəb olduğunu söyləyib:
“Ukraynaya dayanmadan hərbi yardım gəlir. Ukrayna və Avropa İttifaqı müdafiə potensiallarının birləşdirilməsi istiqamətində addımlar atılır”.