AZ

Paşinyan: “Serj Sarkisyan “Metsamor”un bağlanmasına razılıq verib”

"Serj Sarkisyan Ermənistanla Avropa İttifaqı arasında imzalanmış “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi”nin bir hissəsi olaraq “Metsamor” Atom Elektrik Stansiyasının bağlanmasına öhdəlik götürüb". 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifətin onu modul nüvə elektrik stansiyasından danışmaqla “Metsamor” AES-in bağlanmasına zəmin hazırlamaq ittihamına cavab olaraq belə deyib.

“İndi biz  yeni nüvə elektrik stansiyasının tikintisinin bir neçə tərəfdaşla - Rusiya, ABŞ, Fransa, Cənubi Koreya və Çinlə müzakirə edilməsindən danışırıq. ABŞ açıq-aşkar artıq bir, iki, üç müqavilə imzalayıb. 

Hazırda 900 milyon avro dəyərində Avropa İttifaqından investisiya proqramlarımız var və bu proqramlar yaxın gələcəkdə daha da artacaq. Yeri gəlmişkən, bu paket çərçivəsində Şimal-Cənub avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə də investisiyalar qoyulacaq”,-deyə Paşinyan bildirib.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr