AZ

"İnter Mayami"nin oyunu Messiyə görə təxirə salındı

Superulduz Lionel Messinin çıxış etdiyi "İnter Mayami" 14 fevralda Ekvadorun "İndependente" komandasına qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyununun təxirə salındığını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, buna argentinalı hücumçunun zədələnməsi səbəb olub. 

O, zədəni 8 fevralda Ekvadorun "Barselona" komandası ilə yoldaşlıq oyununda (2:2) alıb.

"İnter Mayami"nin mətbuat xidməti Messinin rəsmi sayta açıqlamasını belə çatdırıb: 

"Təəssüf ki, son matçda əzələ gərginliyi hiss etdim. Amma azarkeşləri görməyi səbirsizliklə gözləyirdik. Ona görə də klubla birlikdə alternativ bir tarix tapdıq ki, Puerto Rikoya gəlib oynaya bilim"

Messinin sağalması və meydana çıxması üçün vaxt vermək məqsədilə matçın 26 fevrala qədər təxirə salındığı bildirilir.

"İnter Mayami" yeni MLS mövsümündə ilk oyununu 21-dən 22-nə keçən gecə keçirəcək. Komandanın rəqibi "Los-Anceles" olacaq.

Mirağa

Seçilən
11
1
fanat.az

2Mənbələr