AZ

Prezident Təhlükəsizlik Şurasına yeni katibi təyin etdi-FOTO



Qırğızıstan Prezidenti Sadir Japarov Təhlükəsizlik Şurasına yeni katib təyin edib.

Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Japarovun imzaladığı sərəncam əsasında, Orozbekov Adilet Orozbekoviç Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Məlumata görə, 1978-ci ildə anadan olan yeni TŞ katibi Qırğızıstan Beynəlxalq Universitetini "Diplomatiya və Beynəlxalq Hüquq" ixtisası üzrə bitirib, daha sonra Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alıb.
Qırğız, rus və ingilis dillərini bilir.

Dövlət Mülki Xidmətinin 1-ci dərəcəli müşaviri rütbəsinə, polkovnik hərbi rütbəsinə malikdir.

Karyerasına 2001-ci ildə milli təhlükəsizlik orqanlarında səlahiyyətli əməliyyat zabiti kimi başlayıb və 2017-ci ilə qədər müxtəlif, o cümlədən rəhbər vəzifələrdə çalışıb.

2009-2010 - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, şöbə rəisinin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.

O, 2025-ci ilin dekabr ayından bu günə qədər - Qırğızıstan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin qərarlarının icrasına nəzarət departamentinin Mühafizə, Qanunçuluq, Qayda və Təhlükəsizlik şöbəsinin dövlət müfəttişi vəzifəsində çalışıb.

Süleyman
Seçilən
34
newscenter.az

1Mənbələr