AZ

Bir vaxtlar bloqerlərin sevimlisi idi – Dələduzluqda ittiham olunan Könül kimdir?

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva dələduzluqda ittiham olunması ilə bu sahibkarın fəaliyyəti diqqət mərkəzinə düşüb.

“Yeni Sabah” ən maraqlı faktları təqdim edir:

“Beautytime” gözəllik salonlarının paytaxtda 4 filialı mövcuddur: "Elmlər", "Nərimanov", "Nəsimi" və "Qara Qarayev".

Salonda müştərilərə lazer epilyasiyası, saç kəsimi və rəngləmə, makiyaj, dırnaq xidməti, kirpik qaynağı, qaş permanent və digər prosedurlar təklif olunur.

Könül Həmzəyeva bir neçə il əvvəl yerli makiyaj ustaları üçün Türkiyənin məşhur "make-up" artistləri Müberya Sağlam və Arda Bektaşı Bakıya dəvət edib. Həmin il “Four Seasons Hotel Baku”da keçirilən master-klass geniş rezonans doğurmuşdu.

Tədbirdən sonra sahibkar sosial şəbəkədə narazılığını ifadə edərək, türkiyəli fenomen Danla Biliçin ödəniş almasına baxmayaraq, şərtləri yerinə yetirmədiyini iddia etmişdi. O bildirmişdi ki, fenomen tədbir iştirakçıları ilə şəkil çəkdirməyib, media qarşısına çıxmaqdan imtina edib və iştirakçılar barədə xoşagəlməz ifadə işlədib.

“Beautytime” salonunun adı bundan əvvəl də qalmaqalda hallanıb. Təxminən 3 ay əvvəl sosial şəbəkələrdə salonda lazer epilyasiyası etdirən bir xanım prosedur zamanı üz nahiyəsindən yanıq xəsarəti almışdı. Həmin dövrdə Könül Həmzəyeva səhhətini bəhanə gətirərək iradları cavabsız qoymuşdu.

Bundan əlavə, sahibkarla həkim Pərvanə Hacıyeva arasında didişmə yaranmışdı. K. Həmzəyevanın sözlərinə görə, ona “sağlam və təhlükəsiz arıqlama” vədi ilə göbək nahiyəsinə inyeksiyalar və müxtəlif dərman sistemləri tətbiq olunub. Lakin prosedurlardan sonra mədə-bağırsaq sistemi kəskin şəkildə pozulub, vəziyyəti ağırlaşıb və qanaxmaya görə təcili xəstəxanaya yerləşdirilib.

Yeri gəlmişkən, dələduzluq iddialarının yayılmasından sonra sosial şəbəkə istifadəçiləri də məsələyə münasibət bildiriblər. Bəzi izləyicilər daha əvvəl bir sıra tanınmış bloqerlərin Könül Həmzəyeva ilə sıx əməkdaşlıq etdiyini, hətta ortaq biznes layihələrinin olduğunu xatırladıb, hazırda onların mövzu ilə bağlı susqunluğuna irad bildiriblər.

Şərhlərdə həm də iddia olunub ki, K. Həmzəyeva bir müddət əvvəl bloqerlərə bahalı hədiyyələr və səyahətlər təşkil edib, lakin sonradan bu münasibətlər kəsilib.

“Beautytime” salonunun daimi müştərilərindən biri olan aparıcı Çinarə Əliyevadır. O, sosial şəbəkə paylaşımlarında tez-tez salonun adını qeyd edir və xidmətlərindən yararlandığını bildirir.

Xatırlatma: bloqer Fidan Zeyn Könül Həmzəyevanın ona və tanışı, psixoloq Əfsanə Qasımlıya qarşı dələduzluq etdiyi iddiasındadır. 2 aydır araşdırma aparılsa da, onlara dəymiş maddi ziyan ödənilməyib

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
27
1
yenisabah.az

2Mənbələr