AZ

Dronlar Volqoqradda hərbi obyektə hücum edib

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Rusiya Müdafiə Nazirliyinin Volqoqrad vilayətindəki Baş Raket və Artilleriya İdarəsinin (QRAU) arsenalına dron zərbələri endirilib.

Reyting.az xəbər verir ki, Rusiya “Telegram” kanallarının məlumatına görə, hazırda obyektdə genişmiqyaslı sursat partlayışı davam edir.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov artıq Kotluban kəndinin sakinlərinin təxliyə olunduğunu elan edib.

“Kotluban kəndi yaxınlığındakı Müdafiə Nazirliyinin obyektində yanğın baş verib. Regional yanğınsöndürmə xidmətləri, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi yanğının söndürülməsində iştirak edir”, - Boçarov yazıb.

Bundan əlavə, Tambov vilayətində Proqress zavoduna hücum nəticəsində təxminən on iki partlayış baş verib. Zərbələr nəticəsində orada yanğın başlayıb.

Regional qubernator Yevgeni Pervışov bildirib ki, “Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində” Sənaye və Texnologiya Kollecinin tədris binası zədələnib, emalatxanalar yanıb.

Bundan əlavə, Bryanskda partlayışlardan sonra yerli istilik elektrik stansiyasının yaxınlığında yanğın baş verib və elektrik kəsintiləri qeydə alınıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
reyting.az

1Mənbələr