ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi və MQ-4C Triton pilotsuz uçuş aparatı İran sərhədi yaxınlığında müşahidə olunub.
Sitat.info bildirir ki, bununla bağlı, “FlightRadar24” platforması məlumat yayıb.
Uçuşlar iki istiqamətdə qeydə alınıb. Belə ki, “Boeing P-8A Poseidon” təyyarəsi Bəhreyndən qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub. Bundan başqa, Əbu-Dabidən havaya qalxan “MQ-4C Triton” dronu Oman körfəzi üzərində müşahidə edilib.
Xatırladaq ki, daha öncə ABŞ-nin maliyyə naziri Skot Bessent ölkəsinin İran yaxınlığında əlavə hərbi qüvvələr topladığını açıqlamışdı.
Tehran,
Sitat.info