AZ

“İLİN ATASI”: Gecə saatlarında 3-cü övladını “itirən” şəxsin görüntüləri VİRAL OLDU – VİDEO

Çində video-dayə bir kişinin üçüncü uşağını gecə necə “itirdiyini” görüntüləyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çində evdə quraşdırılmış müşahidə kamerası (video-dayə) maraqlı və eyni zamanda gülməli anları qeydə alıb.

Görüntülərdə yuxulu vəziyyətdə olan bir atanın öz üçüncü övladını çarpayıda tapa bilməməsi və “itirməsi” əks olunub.

Yarımhuşsuz vəziyyətdə uşağı axtaran atanın yaşadığı qısa müddətli təşviş sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Körpə atanın yastığının altından tapılanda həyat yoldaşı onu əli ilə vurub təpki göstərir.

Bir çox istifadəçi bu hadisəni “çoxuşaqlı valideynlərin xroniki yorğunluğu” kimi xarakterizə edib.

Görüntülər qısa zamanda milyonlarla baxış toplayaraq maraq dairəsinə çevrilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr