Adelet.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ofelya Şabanova ilə Nüşabə Musayeva arasında qalmaqal bitmir. N.Musayeva həmkarının plastik əməliyyat etdirmiş müğənnilər haqqında səsləndirdiyi fikirləri qəbul etməyib. Və həmkarının ünvanına sərt ifadələr işlədib.
Son baş verənlərlə bağlı müəyyən qədər susqunluğunu qoruyan Ofelya Şabanova mövzu ilə bağlı Adalet.az-a açıqlama verib. O, həmkarlarının onun sənətini qısqandığını deyib:
“Bütün baş verənlər sübut etdi ki, mənim sözlərim yox, sənətimin böyüklüyü onları narahat edir. O xanımın mənə kimisə yamsılayır deməsi boş şeydir. Onun sözlərini ciddi qəbul etmirəm. Gördülər ki, cavab vermirəm, düşündülər ki, bəlkə şər atsaq, cavab verər. Bütün böhtanların qarşısında susdum, cavab vermədim.
Öz- özümə deyirəm ki, ay Ofelya, soğan yemisən ki, için göynəsin?! Onlara cavab vermək nəyimə gərəkdir?! Allahın ədaləti böyükdür, şər- böhtan atanları Allaha həvale etmişəm.
Mən əminliklə deyə bilərəm ki, plastik- estetik əməliyyat etdirənlərdən danışanda Nüşabə xanımı nəzərdə tutmamışam. Nəin ki, ondan danışmaq, heç o xanım ağlımdan belə keçməyib. Çünki heç vaxt onunla yaxın münasibətim olmayıb. Təxminən 3 dəfə toyda görüşmüşük.
Nüşabə xanımın mənimlə qərəzi yalnız sənətimlə bağlıdır. Başqa nə ola bilər ki? Sənətimi çox insanlar qəbul edə bilmir. Xalq məni çox sevir deyə bəzi həmkarlarım məni gözdən salmaq istəyirlər.
Nüşabə xanım deyir ki, mənim rəqsim Ofelyanın sənətindən böyükdür. Düz deyir, onunla razıyam. Onun rəqsi mənim sənətimdən böyükdür. Mən onun kimi rəqs edə bilmərəm axı”.
Əntiqə Kərimzadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.