AZ

Lunyov Rusiya klubundan ayrılır? – “Hər şey özündən asılıdır”

“Dinamo”nun baş direktoru Pavel Pivovarov komandanın 34 yaşlı qapıçısı Andrey Lunyovun müqaviləsinin uzadılması ilə bağlı suala münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi “Qarabağ”ın sabiq qapıçısı barədə bunları deyib:

“Lunyovun yaxşı müqaviləsi var. Sözləşmədə uzadılma opsiyası yer alır. O, bu şərtlərə doğru irəliləyir və mövsümün sonunda tələbləri yerinə yetirmək üçün böyük şansları var. Hazırda bu məsələ xüsusi aktuallıq daşımır. Hər şey onun çıxışından asılıdır. O, mövcud müqavilə əsasında növbəti mövsümü də özü üçün təmin edə bilər”.

Qolkiper 2024-cü ildən “ağ-göylər”in heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir və daha 12 ay uzadılma opsiyası mövcuddur.

Seçilən
24
idmanxeber.az

1Mənbələr