AZ

ABŞ İrana hücum üçün ikinci aviadaşıyıcını göndərir

ABŞ İrana hücum üçün ikinci aviadaşıyıcını göndərir

ABŞ-ın İrana qarşı mümkün hücum hazırlıqları çərçivəsində Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunu göndərməyə hazırlaşdığı iddia edilib.

Wall Street Journal qəzetinə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərə bilər. Adı açıqlanmayan həmin rəsmilər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ordunun İrana qarşı ehtimal olunan hücuma hazırlaşması məqsədilə bölgəyə ikinci aviadaşıyıcı qrupunun yerləşdirilməsi üçün təlimat aldığını irəli sürüblər.

Rəsmilər qeyd ediblər ki, Prezident Donald Tramp İranla danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə hərbi əməliyyatlara hazır olmaq üçün bölgəyə ikinci aviadaşıyıcı göndərməyi nəzərdən keçirir. Bununla belə, hələlik rəsmi əmrin verilmədiyi və vəziyyətin dəyişə biləcəyi də vurğulanıb. Mənbələrdən biri bildirib ki, qərar qəbul ediləcəyi təqdirdə Pentaqon iki həftə ərzində ABŞ-ın Şərq sahillərindən, böyük ehtimalla "USS George H.W. Bush" aviadaşıyıcı gəmisini bölgəyə göndərə bilər.

"USS Abraham Lincoln" yanvarın 26-da bölgəyə yerləşdirilmişdi

Vaşinqtonun İranın nüvə proqramları ilə bağlı tələblərinə cavab verilməyəcəyi təqdirdə mümkün hücuma hazırlıq məqsədilə Yaxın Şərqdə misilsiz hərbi güc cəmləməsi səbəbindən bölgədə gərginlik getdikcə artır.

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də sosial media hesabından etdiyi açıqlamada, İrana doğru nəhəng bir "Armada"nın (ABŞ donanmasına məxsus böyük dəniz gücü) irəlilədiyini bildirmişdi. O, Tehran rəhbərliyini razılığa gəlməyə çağırmış, əks halda daha şiddətli bir hücumun həyata keçiriləcəyini qeyd etmişdi.

Tramp bu donanmanın "USS Abraham Lincoln" aviadaşıyıcısının rəhbərliyi altında olduğunu və Venesuelaya göndəriləndən daha böyük bir flotiliya təşkil etdiyini vurğulayıb. Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da yanvarın 26-da "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupunun regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirildiyini elan etmişdi.

Seçilən
15
afn.az

1Mənbələr