AZ

Miqrenə səbəb olan qidaların siyahısı açıqlanıb

Qastroenteroloq Olqa Çistikin sözlərinə görə,sevilən bəzi qidalar miqrenə səbəb ola bilər. O, RİA Novosti-yə verdiyi müsahibədə bunları sadalayıb.

E-saglam.az xəbər verir ki, Çistik izah etdi ki, müəyyən qidalar tiramin, histamin, nitritlər və ya monosodyum qlutamat kimi maddələrin olması səbəbindən miqrenə səbəb ola bilər.

Onun sözlərinə görə, baş ağrılarına köhnəlmiş pendirlər, vetçina, bekon və kolbasa kimi duzlu ətlər, eləcə də spirtli içkilər, xüsusən də qırmızı şərab, şampan, viski və pivə səbəb ola bilər.

Miqren həmçinin tünd və südlü şokolad, sitrus meyvələri, banan, avokado, maya məhsulları, duzlu, hisə verilmiş, turşuya qoyulmuş və ya qurudulmuş qidalar və içalat tərəfindən də tətiklənə bilər.

Həkim əlavə edib ki, çox miqdarda kofein baş ağrılarına da səbəb ola bilər. Çistik həmçinin xatırladıb ki, kofein yalnız qəhvədə deyil, həm də çayda olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
25
e-saglam.az

1Mənbələr