AZ

“100 min dollarımı verməyib” Məşhur türk stilist danışdı

Olay.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin məşhur makiyaj ustası Serhat Şen də  “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia edib.

Bu barədə Serhat OLAY-a danışıb. O bildirib ki, Bakıda keçirdiyi master-klassdan ödəniş ala bilməyib:

“Danla Biliç, Melisa Aslı Pamuk və Ezgi Fındıkla gəlmişdik. İnsanlar haqqında qeybət edib, pislədi. Mənim pulumu ödəmədi. Gələn məşhurların sadəcə behini verdi. Dedi ki, qalanını Bakıya gələndə verəcək. Amma heç birini ödəmədi. Onların pulunu mən ödədim. Mənim pulumu da vermədi. İki gün səhnəyə çıxıb master-klass etdim, 50 min dollar mənim pulumu vermədi, 50 min dollar da məşhurların pulunu. Həmişə qaçdı, yalan danışdı. Sübutlarım var, bir illik vatsap yazışmaları var. Vəkilimə verəcəyəm. Məndən xəbərsiz master-klassda sponsor yığıb, onlara da paylaşım sözü verib. Heç bir şəkildə bizə məlumat verməyib. Özbaşına iş gördü. Çox gizli, qaranlıq işlər görür”.

Serhatın sözlərinə görə, məşhurlar K. Həmzəyevadan pulunu istədiyi zaman o huşunu itirib və təcili tbii yardım çağırıb.

Məşhur stilist bu hadisədən sonra Azərbaycandan gələn təklifləri qəbul etmədiyini bildirib.

Qeyd edək ki, bloger Fidan Zeynn və Azerina kimi tanınan Əfsanə Qasımova da ondan şikayətçidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
olay.az

1Mənbələr