AZ

Aygün Əliyeva: Qrant müsabiqələrin nəticələri gələn ay elan ediləcək



Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı "Beynəlxalq təşəbbüslər" adlı qrant müsabiqələrin nəticələri gələn ay elan ediləcək.

Newscenter.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlim çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq bu müsabiqəyə 49 QHT-dən layihələr daxil olub:

"Həmçinin, bu il WUF13-də ilk dəfə olaraq QHT-lər üçün forumun keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Agentliyinə ayrılan pavilyonda WUF13 günlərində qeyri-hökumət təşkilatlarının müxtəlif məzmunlu maraqlı tədbirləri həyata keçiriləcək".

A.Əliyeva onu da əlavə edib ki, WUF13 proseslərindən sonra da ilin sonuna qədər qeyri-hökumət təşkilatlarının bu mövzuda təşəbbüsləri dəstəklənəcək və agentliklə birlikdə çoxsaylı layihələr icra olunacaq.

WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.(report)
Seçilən
14
2
newscenter.az

3Mənbələr