AZ

Uğursuz əməliyyatı gördüyü həkim deyil, başqası edib? - Pasiyentdən iddia 

Bakıda keçirilən estetik əməliyyatdan sonra qadının üzündə deformasiya yarandığı iddia olunur...

Milli.Az xəbər verir ki, paytaxt sakini Gülzar Mikayılova sosial şəbəkədə canlı yayımla təqdim edilən kampaniyadan təsirlənərək "Dəniz Hospital"a müraciət edib. Onun sözlərinə görə, əvvəlcədən bir neçə prosedurun həyata keçiriləcəyi bildirilsə də, xəstəxanada bunlardan birinin icra olunmayacağı deyilib.

Pasiyent iddia edir ki, əməliyyatı "TikTok"da canlı yayımda gördüyü həkim deyil, başqa bir həkim Həmid Əsədov həyata keçirib. Əməliyyatdan sonra üzündə problemlər yarandığını bildirən qadın yenidən həkimlə əlaqə saxlaya bilməyib.

Onun sözlərinə görə, sonradan aparılan danışıq zamanı ödənişin geri qaytarılacağı vədi verilsə də, pul qaytarılmayıb.

Adı çəkilən həkim Həmid Əsədov isə səsləndirilən iddiaları qəbul etmir. O bildirir ki, əməliyyatdan sonra yaranan deformasiya pasiyentin qan göstəriciləri ilə bağlı olub. Həkimin sözlərinə görə, çapığın aradan qaldırılması üçün müalicə təklif edilsə də, qarşı tərəf bununla razılaşmayıb və əvəzində pul tələb edib.

Həmid Əsədov əlavə edib ki, müəyyən müddət tibbi fəaliyyətlə məşğul olmayıb və hazırda da işləmədiyi üçün ödənişi qaytara bilməyib. Onun sözlərinə görə, fəaliyyətini bərpa etdikdən sonra məsələ həllini tapa bilər.

Əməliyyatın aparıldığı tibb müəssisəsi isə məsələ ilə bağlı açıqlama verməyib.

Poliqon.info

Seçilən
22
2
poliqon.info

3Mənbələr