AZ

Nəriman Axundzadə komandanın əvəzedici heyətində oynayacaq

"Qarabağ" klubunun hücumçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kryu” komandasına transfer barədə məlumat vermişdik.

İdman.Biz xəbər verir ki, ABŞ mediasının yazdığına görə, 21 yaşlı forvard U22 təşəbbüsü çərçivəsində heyətə cəlb olunub və beynəlxalq transfer sertifikatı ilə iş vizası rəsmiləşəndən sonra komandanın iştirak ərizəsinə daxil ediləcək. Müqavilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq.

Klubun baş meneceri İssa Tall futbolçunun texniki keyfiyyətlərinin və işgüzarlığının komandanın oyun üslubuna uyğun gəldiyini bildirib. O vurğulayıb ki, Nəriman Axundzadə məşqçilər korpusunun qərarı ilə bir müddət əvəzedici komandada oynayacaq. “Kolumbus Kryu”nun əvəzedici komandası ilk oyununu martın 2-də “Nyu York Red Bulls”a qarşı keçirəcək.

Axundzadə 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında 13 oyuna çıxaraq 3 qol vurub. O, “Kolumbus Kryu”nun bu il həyata keçirdiyi ən bahalı üçüncü transferidir.

İdman.Biz
Seçilən
23
1
idman.biz

2Mənbələr