Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qazaxıstan Prezidenti təkrar seçilmək imkanı olmadan 7 illik bir müddətə seçiləcək.Modern.az xəbər verir ki, bu barədə "Kazakhstanskaya Pravda" qəzetində dərc olunmuş Respublika Konstitusiya layihəsində bildirilib.
Konstitusiya layihəsində deyilir: "Qazaxıstan Respublikasının Prezidenti konstitusiya qanununa uyğun olaraq Qazaxıstan Respublikasının yetkin vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 7 illik müddətə seçilir".Konstitusiya layihəsində təkrar seçilmə ehtimalının nəzərdə tutulmadığı vurğulanır.
Yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı ümumxalq referendumu 15 martda keçiriləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb. Referendumda seçicilərə bir sual veriləcək: yeni sənədi qəbul edib-etmədikləri barədə. Təsdiqlənərsə, yeni sənəd 1 iyulda qüvvəyə minəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.