İran sərhədi yaxınlığında ABŞ-ın "Boeing P-8A Poseidon" kəşfiyyat təyyarəsi və "MQ-4C Triton" pilotsuz uçuş aparatı (PUA) görülüb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bəhreyndəki bazadan havaya qalxan "Boeing P-8A Poseidon" təyyarəsi Hörmüz boğazı üzərindən dövrə vuraraq geri qayıdıb. PUA isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən havaya qalxaraq Oman körfəzi üzərindən uçub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə və ballistik raket proqramları səbəbindən Tehrana qarşı sərt hərbi addımların atıla biləcəyini bildirmişdi.