AZ

ABŞ terrorla mübarizə çərçivəsində bu ölkəyə əlavə hərbi kontingent göndərir

Bakı.Trend:

ABŞ terrorla mübarizə çərçivəsində Nigeriyaya əlavə olaraq 200hərbçi göndərəcək.

Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.

Məlumata görə, ABŞ administrasiyası Qərbi Afrikada, xüsusiləNigeriyada artan terror fəaliyyətlərindən ciddi narahatlıq ifadəedib. Sözügedən göndərişin ABŞ ilə Nigeriya hökuməti arasında əldəolunmuş qarşılıqlı razılaşma çərçivəsində həyata keçiriləcəyi qeydolunub.

Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Samaila Uba açıqlamasındaABŞ hərbçilərinin birbaşa döyüş əməliyyatlarında iştiraketməyəcəyini bildirib.

ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) komandanı generalDagvin Anderson fevralın 4-də Nigeriyaya kiçik bir hərbi qrupgöndərildiyini açıqlamışdı. Anderson həmin hərbi qrupun Nigeriyayanə vaxt çatdığı barədə məlumat verməmişdi. Nigeriya MüdafiəQərargahı bunun iki ölkə arasında əməkdaşlıq çərçivəsində həyatakeçirildiyini bəyan etmişdi. Açıqlamada əməkdaşlığın potensialınartırılması, peşəkar hərbi təlim, kəşfiyyat məlumatlarınınpaylaşılması, logistika dəstəyi, eləcə də terrorizm və transsərhədtəhdidlərə qarşı strateji dialoqu əhatə etdiyi qeyd olunmuşdu.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr