AZ

Aygün Əliyeva: WUF13-lə bağlı qrant müsabiqələrinin nəticələri 2026-cı ilin birinci rübündə elan ediləcək

Bakı, 12 fevral, AZƏRTAC

Qrant müsabiqəsi və Agentliyin “bp Azərbaycan”la birgə təşəbbüsü çərçivəsində WUF13 üzrə xüsusi istiqamət müəyyən edilib. Bu sahə üzrə artıq 49 layihə qəbul olunub və nəticələr 2026-cı ilin birinci rübündə elan ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.

O bildirib ki, Agentlik WUF13 çərçivəsində bir neçə əsas tədbir planlaşdırır. Urban Həftəsi zamanı Qlobal Cənub QHT-lərinin iştirakı ilə Baş Assambleyanın keçirilməsi nəzərdə tutulur. Həmçinin ilk dəfə olaraq QHT Forumunun təşkili planlaşdırılır ki, bu da gələcək forumlar üçün yeni ənənənin başlanğıcı ola bilər.

Bundan əlavə, QHT Platformasının pavilyonunda geniş təmsilçilik və beynəlxalq tərəfdaşlarla birgə yan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycan və region QHT-lərinin WUF13-də fəal və effektiv iştirakını təmin etməkdir.

Seçilən
15
3
azertag.az

4Mənbələr