AZ

"Real Madrid" Super Liqa ilə bağlı UEFA ilə razılığa gəldi

"Real Madrid" Super Liqa ilə bağlı UEFA və Avropa Klublar Assosiasiyası (EFC) ilə razılığa gəlib.

Ölkə.Az-ın məlumatına görə, İspaniya futbol klubu bu barədə açıqlama verib.

Bəyanatda deyilir: "Avropa futbolunun maraqları naminə aylarla davam edən danışıqlardan sonra UEFA, EFC və Real Madrid Avropa klub futbolunun xeyrinə prinsipial razılığa gəldiklərini elan edirlər".

Vurğulanır ki, "həmçinin yekun razılaşma tətbiq edildikdən sonra Avropa Super Liqası ilə bağlı hüquqi mübahisələrin həllinə kömək edəcək".

Bu razılaşmanın Super Liqa layihəsinin sonunu qeyd etməsi gözlənilir.

Seçilən
29
1
olke.az

2Mənbələr