AZ

ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib » AzadMedia.az


ABŞ qoşunları Suriyanın şərqindəki Ət-Tanf hərbi bazasını boşaldıb və orada yerləşən qoşunları İordaniyaya köçürüb.

Bu barədə "Reuters" və "AFP" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, amerikalılar son iki həftə ərzində hərbi texnikanı çıxarıblar və hazırda Suriya hərbi bölmələri həmin hərbi bazada yerləşdirilir.

Ət-Tanf hava bazası Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. O, 2016-cı ildə İŞİD yaraqlıları ilə mübarizə aparmaq üçün yaradılıb.

Bazada ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya qüvvələri Suriya müxalifətinə təlim keçib.
Seçilən
35
2
azadmedia.az

3Mənbələr