AZ

Bakı Oksford Məktəbinin şagirdləri “ETSN də bir gün” layihəsinin qonağı olublar

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində iqlim dəyişikliyinin yaratdığı risklərə qarşı şəhərlərin və şəhər infrastrukturunun dayanıqlığının artırılması məqsədilə məktəblilər üçün “Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə şəhərlərin və şəhər infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşdırılması və fəlakət risklərinin azaldılması” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən Bakı Oksford Məktəbinin şagirdlərinə iqlim dəyişikliyinin şəhərlərə təsiri, ekstremal hava hadisələri, sel, daşqın, istilik dalğaları kimi təbii risklər və bu risklərin vaxtında müəyyən olunmasında erkən xəbərdarlıq sistemlərinin rolu barədə ətraflı məlumat verilib. 

Eyni zamanda, şəhər infrastrukturunun bu cür risklərə uyğunlaşdırılması, əhalinin məlumatlandırılması və düzgün davranış vərdişlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. İnteraktiv formatda keçirilən təlimdə məktəblilərin sualları cavablandırılıb, real nümunələr və praktiki izahlar vasitəsilə erkən xəbərdarlıq sistemlərinin gündəlik həyatda necə tətbiq olunduğu izah edilib. 

Daha sonra Ekoloji siyasət şöbəsinin müdir müavini Yaşar Kərimov tərəfindən ətraf mühitin mühafizəsi, ölkənin ekoloji siyasəti, həyata keçirilən dövlət proqramları barədə məlumatlar verilib, dünya təcrübəsi diqqətə çatdırılıb.

Tədbirin davamı olaraq şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun tabeliyində fəaliyyət göstərən Azərbaycan geologiya muzeyinə baxış keçirib, süxurlar, mineral və filiz nümunələri ilə tanış olublar.

Qeyd edək ki, Nazirlik tərəfindən həyata keçirilən bu kimi maarifləndirici görüşlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr