AZ

Suriya ABŞ tərəfindən tərk edilən Tanef bazasını nəzarətə götürdü

Suriya hökuməti İraq və İordaniya ilə sərhəddə yerləşən və ABŞ-ın təxminən 10 il orada qaldıqdan sonra geri çəkildiyi strateji Tanef bazasını nəzarətə götürüb.

Turkustan.az xəbər verir ki, ABŞ Suriyadakı İordaniya və İraq sərhədləri ilə kəsişən Tanef bazasından geri çəkilib.
Suriya hökumət mənbələri bildirib ki, Suriya ordusu bazanı ələ keçirib və hazırda orada yerləşdirilib.

ABŞ-ın Tanef hava bazasından 22 kilometr aralıda və İordaniya ərazisində yerləşən 22-ci Qüllə bazasına geri çəkildiyi bildirilir.

İordaniya sərhədləri daxilindəki 22-ci Qüllə Bazası ilə Suriyadakı Tanef Bazası arasında 22 kilometr məsafə var.

Bir vaxtlar Tenefdə təxminən 200 ABŞ əsgərinin yerləşdiyi bildirilsə də, 22-ci Qüllədə yerləşdirilmiş ABŞ əsgərlərinin sayı barədə dəqiq məlumat yoxdur.

ABŞ, 2017 və 2018-ci illərdə genişləndirdiyi Tanef bazasından, bazadan buraxılan müşahidə şarlarından istifadə edərək, İordaniya sərhədi ilə Fərat çayı arasında yüzlərlə kilometrlik bir ərazidə İran tərəfindən dəstəklənən qrupların və İŞİD terror təşkilatının hərbi fəaliyyətlərini izləmək üçün istifadə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
35
2
turkustan.az

3Mənbələr