Azərbaycana səfər etdiyim üçün çox məmnunam və şadam.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərinin yekunu ilə bağlı deyib.
O qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyevlə bir sıra vacib məsələləri müzakirə edib.
ABŞ vitse-prezidenti Azərbaycana səfərini əla keçdiyini və buna görə İlham Əliyevə təşəkkür edib.
“İlham Əliyev nüfuzlu dünya lideridir”, - deyən Vens əlavə edib ki, görüşdə regional və qlobal məsələləri, eləcə də terrorizmə qarşı mübarizəni müzakirə etdik. "Beləliklə, bu, əla bir səfər idi", - Vens qeyd edib.
Mürtəza