AZ

Məhkəmə birlikdə yeyib-içdikdən sonra tanışını öldürən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə birlikdə yeyib-içdikdən sonra tanışını öldürməkdə təqsirləndirilən Sərxan Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Sərxan Əliyev dostu Zaur Seyfullayev hadisə günü Abşeron rayonunun Məmmədli qəsəbəsində yerləşən evdə birlikdə spirtli içki qəbul ediblər. Bu ərəfədə onlar arasında sözlü mübahisə yaranıb. 

 

İttihama görə, Sərxan sonuncunu baş nahiyəsindən yumruqlayaraq öldürüb. Təqsirləndirilən şəxs cinayətin üstünü örtmək üçün meyiti basdırıb. Amma onun əməlinin üstü qısa müddətə açılıb.

 

Meyitin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb.

 

Məhkəmənin hökmü ilə Sərxan Əliyev köməksiz vəziyyətdə şəxsi öldürməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 12 Fevral 2026, 10:12   
Seçilən
55
pravda.az

1Mənbələr