AZ

Britaniyada tanınmış sahibkarla baş nazir arasında fikir ayrılığı: Miqrantlarla bağlı məsələ qalmaqal yaratdı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Mançester Yunayted" futbol klubunun həmtəsisçisi, britaniyalı milyarder Cim Retkliff bildirib ki, miqrantlar Böyük Britaniyanı müstəmləkəyə çevirib və dövlət resurslarını müavinətlərlə tükədiblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.

Tanınmış sahibkarın sözlərinə görə, kütləvi miqrasiya əhalinin kəskin artmasına və sosial müavinət sisteminə həddindən artıq yüklənməyə səbəb olub.

"Doqquz milyon insanın müavinət aldığı və çox sayda miqrant axınının olduğu bir iqtisadiyyata sahib ola bilməzsiniz. Britaniya müstəmləkəyə çevrilib", - deyə iş adamı bildirib.

Milyarder mövcud immiqrasiya sistemini tənqid edərək, radikal tədbirlərə ehtiyac olduğunu bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Retkliffin açıqlamasına cavabı çox gecikməyib. Dövlət başçısı sosial şəbəkə hesabında milyarderi səsləndirdiyi fikirlərə görə üzr istəməyə çağırıb:

"Böyük Britaniya qürur, tolerantlıq və müxtəliflik ölkəsidir. Cim Retkliff dedikləri sözlərə görə üzr istəməlidir".

Baş nazir milyarderin sözlərini "səhv və təhqiramiz" adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
oxu.az

1Mənbələr