AZ

"Bihter" musiqi dünyasına qədəm qoydu - VİDEO

Məşhur aktrisa Beren Saat musiqi dünyasına ilk addımını atıb. 

"Unikal" xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında "CapitaliZoo" adlı mahnısının bu gün "Youtube"da yayımlacağını bildirib. 

İngilis dilində olan mahnının prodüseri və aranjimançısı aktrisanın əri Kenan Doğuludur.

Qeyd edək ki, Beren bir çox uğurlu ekran işində rol alıb, o daha çox "Aşk-ı Memnu" serialındakı "Bihter" obrazı ilə məşhurlaşıb. 

Seçilən
34
50
unikal.az

10Mənbələr