AZ

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu - ELAN

Dövlət müstəqilliyinin bərpa edilməsinin 35 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri əsasları və ideoloji xətt” mövzusunda respublika elmi konfransı

Müstəqil Azərbaycanın inkişaf yolu siyasi, institusional və ideoloji əsaslara söykənən kompleks strategiya üzərində formalaşmışdır. Dövlət müstəqilliyinin 35 illik inkişaf yolunda bu strategiyanın müxtəlif istiqamətlərinin elmi müstəvidə təhlili siyasi elmlər baxımından mühüm aktuallıq kəsb edir. Konfransın əsas məqsədi bu çoxşaxəli inkişaf modelinin konseptual əsaslarının öyrənilməsi,aparılan elmi tədqiqatlar əsasında müzakirə və fikir mübadiləsinin aparılmasıdır.

Konfransın tarixi: 20 aprel 2026-cı il

Məqalələrin qəbul müddəti: 07 fevral2026-cı il – 01 aprel 2026-cı il

Keçirilmə forması: Hibrid (əyani və onlayn)

Konfransın bölmələri:

I Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri, fəlsəfi, sosioloji və ideoloji əsasları;

II Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinəkonseptual baxış;

III Vətən müharibəsində Zəfəri şərtləndirən amillər vəsuverenliyə aparan yol xəritəsi;
IV Müasir Azərbaycanın “yumşaq güc” siyasəti:mədəni, ictimai və gender komponentləri;

V Azərbaycan Respublikasının süni intellekt strategiyası və elmi inkişaf istiqamətləri;

VI Azərbaycanın siyasətində dialoq və çoxpartiyalılıq.

Təqdim olunan məqalələr üçün tələblər:

Əlaqə:

E-mail: [email protected]

Əlaqə nömrəsi: +994 12 539 89 91.

Qeyd:

Konfrans materialları redaksiya heyəti tərəfindənseçilərək elmi məqalələr toplusunda nəşr olunacaq. Konfransın bölmələrinə aid olmayan və lazımi qaydadatərtib edilməyən məqalələr baxılmadan geriqaytarılacaqdır.

Seçilən
20
sia.az

1Mənbələr