AZ

BMW 575 min avtomobili GERİ ÇAĞIRIR

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW təhlükəsizlik səbəbilə genişmiqyaslı geri çağırma kampaniyasına start verir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət dünya üzrə ümumilikdə 575 min avtomobili servisə dəvət edəcək.

Bu barədə məlumatı "Bild" nəşri yayıb.

Aparılan texniki araşdırmalar zamanı müəyyən olunub ki, bəzi modellərdə mühərrik işə salınarkən elektrik sistemində qısaqapanma yarana bilər. Bu nasazlıq isə avtomobildə yanğın təhlükəsi formalaşdırır.

Geri çağırma kampaniyası "BMW 2 Series Coupe", 3, 4 və 5-ci seriyaların müəyyən versiyalarını, eləcə də "6 Series Gran Turismo" və "7 Series Limousine" modellərini əhatə edir. Siyahıda həmçinin BMW X4, X5, X6 krossoverləri və Z4 rodsteri də yer alıb.

Şirkət bildirib ki, problem pulsuz şəkildə aradan qaldırılacaq və avtomobil sahiblərinə bununla bağlı rəsmi bildiriş göndəriləcək.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news.milli.az

2Mənbələr