AZ

Kallas Ukraynadakı seçkilərə qarşı çıxdı

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə münaqişə fonunda Ukraynada seçkilərin keçirilməsini pis qərar hesab edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, əksər Avropa ölkələrinin konstitusiyaları hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsini qadağan edir. Çünki seçkilər bir ölkə daxilində müxtəlif siyasi qüvvələr arasında gedən mübarizədir.

"Xarici hücumlar davam etdikdə, seçkilər keçirmək mümkün deyil, çünki düşmən çöldədir və bütün səylər ona qarşı mübarizəyə yönəldilməlidir. Buna görə də, mənim fikrimcə, müharibə zamanı seçkilərin keçirilməsi qətiyyən yaxşı həll yolu deyil", - deyə o əlavə edib.

Ötən gün "Financial Times" qəzeti mənbələrə istinadən Zelenskinin 24 fevralda prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum elan etməyi planlaşdırdığını bildirib. 

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
unikal.az

1Mənbələr