Almaniyanın avtomobil istehsalçısı BMW yanğın riski səbəbindən müxtəlif modifikasiyalı 575 min nəqliyyat vasitəsini geri çağırmaq üzrə qlobal kampaniyaya başlayır.
News365.az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.
Şirkətin mütəxəssisləri tərəfindən aparılan yoxlamalar zamanı müəyyən edilib ki, geri çağırılan avtomobillərdə mühərrik işə salındığı zaman qısaqapanma baş verə bilər və bu, avtomobilin yanmasına səbəb ola bilər.
Texniki nasazlıq "BMW 2-Series Coupe", 3-cü, 4-cü və 5-ci seriyaların bəzi modifikasiyalarını, həmçinin "BMW 6-Series Gran Turismo" və "BMW 7-Series Limousine" modellərini əhatə edir. Bundan əlavə, siyahıya "BMW X4", "BMW X5", "BMW X6" krossoverləri və "BMW Z4" rodsteri də daxildir.