AZ

Türkiyə BMM-də AKP-li deputat ilk yumruğu atdı və aləm qarışdı...



Türkiyə parlamentində yeni təyin olunmuş ədliyyə naziri, İstanbulun baş prokuroru, İmamoğlu işində əsas fiqur kimi adı keçən Akın Gürləkin and içməsi böyük qavğa ilə nəticələnib, hətta kütləvi əlbəyaxa davaya çevrilib.

Türkiyə TV-lərində göstərilən kadrlar göstərir ki, Akın Gürlək and içməyə deputatlardan ibarət böyük bir müşayətçi dəstənin arasında gəlir. Bu zaman AKP-dən olan Ankara millət vəkili Osman Gökçə CHP-dən olan bir millət vəkilinə yumruq atır və bununla aləm bir-birinə qarışır. Hadisəni araşdıran TV jurnalisti Osman bəydən soruşdu ki, həmin anda kürsü yaxınlığında niyə dayanmışdı? Cavab verir ki, mən Akın Gürləkə hücum olacağını hiss edirdim və yaxında gözləyirdim ki, "öz bakanımı hücumdan qoruyum". Əlavə sual olunur ki, Gürləkə hücum CHP-nin hansı millət vəkilindən gözlənilirdi? Osman Gökçə dəqiq cavab verə bilmədi... Ən maraqlısı odur ki, Osman Gökçə həmin an gəlsə eyni addımı atacağını təkrar edəcəyini də əlavə edib.

Xatırladaq ki, bu gün Ərdoğan Yılmaz Tuncu ədliyyə naziri postundan azad edərək yerinə Akın Gürləki təyin edib.

Əli Turabov

Seçilən
10
baki-xeber.com

1Mənbələr