sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Hər futbolçu gedib ölkə xaricində oynaya bilmir". Bu sözləri Sport24.az-a Azərbaycanın veteran futbolçusu Vəli Qasımov deyib.57 yaşlı keçmiş hücumçu həmyerlimiz Nəriman Axundzadənin ABŞ-ın "Kolombus Kru" klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb:"Nəriman bu yolu seçibsə, üzərində daha çox işləməlidir. ABŞ komandasına nəyə görə transfer olunduğunu sübut etməlidir. Hamımız bilirik ki, oyunçular ölkə xaricinə gedəndə yerli azarkeşlər onlardan daha çox şey tələb edir. Səni bu kluba elə-belə gətirmədiklərini sübut etməlisən. Kollektivə uyğunlaşmaq, heyətdə forma şansı qazanmaq əlbəttə çətindir".Qasımov Nəriman Axundzadənin yaxşı futbolçu olduğunu deyib:"Sadəcə, özünü ABŞ-da sübut etməyi qalıb. Orada ölkəmizi layiqincə təmsil etməsini arzulayıram. Hər şey özündən asılıdır. "Qarabağ"ın əsas heyətinə düşübsə, inanıram ki, yeni klubunda da öz sözünü deyə biləcək".Veteran oyunçu azərbaycanlı futbolçuların legioner karyeralarının çox uğurlu olmamasına da toxunub: "Əsas uyğunlaşmaqdır. Hamısı bunu bacara bilmir. Bəziləri darıxır, digərləri xarici dili bilmir. Səbəblər, suallar çoxdur. Amma istək olsa, layiq olduqlarını göstərə bilərlər. Mən Nərimana inanıram. Yaxşı hücumçu olduğunu sübut edəcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.