AZ

"Barselona"da ciddi itki

"Barselona" ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Markus Reşford İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Atletiko"ya qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.

Bu barədə məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb. Açıqlamada bildirilib ki, ingilis futbolçu aldığı zədə səbəbindən heyətə daxil edilməyəcək.

Qeyd edək ki, yarımfinal görüşü fevralın 12-də Madriddə baş tutacaq.

Xatırladaq ki, Reşford zədəni La Liqanın son turunda "Malyorka" ilə keçirilən və "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda alıb.

Seçilən
16
milli.az

1Mənbələr