AZ

Zelenski: Yalnız Tramp Putini güzəştə məcbur edə bilər

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya istəsə, müharibə yaya qədər sona çata bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski  Kiyevdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsi danışıqları üzrə sualları cavablandırarkən deyib.

O, Fransa Prezidenti Emmanuel Makronla dünən telefonla danışdığını xatırladaraq, bildirib ki, Fransa liderinə BƏƏ-dəki danşıqlar barədə ətraflı məlumat verib və daha sonra ondan xahiş edib: "Ondan xahiş etdim ki, Rusiyaya təzyiqləri artırsınlar. Hesab edirəm ki, ABŞ da müharibəni tez bitməsi üçün Rusiyaya təzyiq göstərməlidir. Əgər təkcə Ukrayna tərəfi deyil, həm də təcavüzkar Rusiya istəsə, müharibəni yaya qədər bitirə bilərik. Əlbəttə, müharibə bitmədən ABŞ Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verməlidir. Buna görə də bu müqavilənin imzalanması artıq tamamilə ABŞ-dan asılıdır. Düşünürəm ki,  ABŞ prezidenti Donald Tramp Rusiyanı müharibəni bitirməyə məcbur edə bilər. Yalnız o, Putini bir növ güzəştə məcbur edə bilər"

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
mia.az

1Mənbələr