AZ

Ekspert: Fransa nüvə silahlarının qarşısının alınması sahəsində suverenliyini itirib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa faktiki olaraq strateji suverenliyindən Vaşinqtonun xeyrinə imtina edib və bu, ölkənin nüvə arsenalının müstəqil statusunu sual altına qoyur.

Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına müsahibəsində Fransa Silahlı Qüvvələrinin sabiq zabiti Ksavye Moro səsləndirib.

“Fransua Ollandın prezidentliyi dövründən və Ukrayna böhranının başlanmasından etibarən Paris Vaşinqtonla münasibətlərdə strateji suverenlikdən faktiki olaraq imtina edib. Emmanuel Makronun davam və daha da gücləndirdiyi bu tabelik göstərir ki, Fransa artıq nüvə silahlarının qarşısının alınması sahəsində müstəqil oyunçu deyil”, – deyə ekspert bildirib.

Moronun sözlərinə görə, tarixən general Şarl de Qoll tərəfindən formalaşdırılan Fransa çəkindirmə doktrinası çoxistiqamətli xarakter daşıyıb. Lakin hazırkı siyasi vəziyyət nəticəsində Fransa nüvə arsenalı indi NATO-nun ümumi potensialının bir hissəsi kimi qiymətləndirilir və Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda nəzərə alınmalı amil sayılır.

“Bu, Fransa üçün status baxımından ciddi geriləmədir. Strateji müstəqilliyini təsdiqləməyin ən yaxşı yolu isə NATO-dan çıxmaq olardı”, – deyə Moro vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
bizimyol.info

1Mənbələr