AZ

Metroya yaxın evlər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Son illər Bakıda kirayə mənzil bazarında qiymətlər sürətlə artır. Bu artım daha çox mərkəzi ərazilərdə, xüsusilə metrostansiyalara yaxın yerlərdəki mənzillərdə görülür.  Ətraf ərazilərdə 150-300 arası dəyişən mənzillər mərkəzdə ən aşağı 600 manatdan təklif edilir. Metro ətrafında münasib qiymətə və kommunal sistemlə tam təchiz edilmiş, təmirli ev tapmaq isə az qala, müşkülə çevirilib.

Bəs, bu mənzillərdə qiymətlərin ucuzlaşması gözlənilirmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, metro yaxınlıqlarında, mərkəzi magistral yolların ətrafında, nəqliyyat infrastrukturu ilə bağlı ərazilərdə kirayə mənzil qiyməti yüksək olub:
 

“Bundan əlavə, universitetlərin ətrafında kirayə mənzil qiymətləri də daha baha qiymətə təklif olunur. Çünki bu ərazilərdə təlabat da hər zaman yüksək olur.  İlbəil artan təlabat sözsüz ki, qiymətlərə təsir edir. Qiymətlərin ucuzlaşması isə ümumiyyətlə gözlənilmir.


Nəzərə alsaq ki, bəzi yerlərdə köhnə yaşayış evləri sökülür. Bu evlərin qiyməti də hazırda yeni tikililərlə müqayisədə ucuzdur və söküldükcə bazarda onun da həcmi hazalır. Bu da o deməkdir ki, yerinə tikilən yeni binalarda mənzil qiymətləri yüksək olacaq. Yəni, yaxın zaman üçün kirayə mənzil qiymətlərində ucuzlaşma gözlənilmir”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
19
2
bizim.media

3Mənbələr