AZ

Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçub

Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında müşahidə edilib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "Boeing P-8A Poseidon" təyyarəsi Bəhreyndən havaya qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub.
Qeyd olunur ki, "MQ-4C Triton" təyyarəsi isə Oman körfəzi üzərindən uçub.

Xatırladaq ki, daha əvvəllər də ABŞ kəşfiyyat təyyarələri İran sərhəddi yaxınlığında uçuşlar edib.

Seçilən
41
ucnoqta.az

1Mənbələr