ain.az bildirir, 525.az saytına əsaslanaraq.
ABŞ-də bir ailə dələyə görə evsiz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında, Panama-Siti şəhərində baş verib.
Donna Banta və Steysi Devid adlı ər-arvad gecə evi bürüyən tüstüdən ayılıblar. Çardağın yandığının fərqinə varan ailə başçısı 2 körpəsini və ev heyvanlarını evdən çıxara biliblər. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürsələr də, ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
İlkin araşdırmadan sonra məlum olub ki, yanğın elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yaranıb. Səbəbkar isə dələ olub. Belə ki, gəmirici naqilləri gəmirib.
Qeyd edək ki, yaxınları sosial şəbəkələrdə ailəyə yardım aksiyasına başlayıb. Hələlik yığılan pula geyim və bəzi vacib əşyaları almaq mümkün olub.
L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.